Ekzema (dermatit)

Ekzema - dəridə müxtəlif kimyəvi maddələrin, o cümlədən fiziki faktorların (soyuq və isti temperatura) təsiri nəticəsində yaranan allergik dəyişikliklərdir.  Bəzən dermatit olaraq da adlandırılır. Bu zaman dəridə kəskin qaşıntı ilə seyr edən kiçik sulu qabarcıqlar, qızartılı yaralar müşahidə olunur. Ekzemanın bir neçə kliniki forması vardır:
-Kontakt dermatit
-Atopik dermatit
-Dishidrotik ekzema
-Seboreya dermatiti

Kontakt dermatit - kimyəvi maddələrin dəriyə təmas etməsi nəticəsində yaranırsa allergik kontakt dermatit adlanır. Bu zaman allergiyaya (ekzemaya) səbəb olan maddəyə allergen deyilir. Dəri allergenlə ilk dəfə təmas etdiyi zaman və yaxud dəfələrlə təmasdan sonra allergik reaksiya baş verə bilər. Bu zaman dəri allergenə qarşı gecikmiş tip allergik reaksiya törədir. Bunun nəticəsində dəridə qızartı, şişkinlik, sulanma ilə seyr edən iltihabi reaksiya formalaşır. Təxminən 3000 - ə yaxın kimyəvi maddələrin allergik kontakt dermatitə səbəb ola biləcəyi göstərilmişdir. Ən çox rast gəlinən allergenlər (kimyəvi maddələr) - antiseptik dərmanlar, nikel, gümüş, kosmetik vasitələr, saç boyaları və s. Kimyəvi maddələrin dəriyi bir başa zədələməsi nəticəsində dəridə yaranan iltihabi dəyişikliklər irritant kontakt dermatit adlandırılır. Bütün dermatitlərin 70% - ni təşkil edir. İrritant kontakt dermatitə səbəb olan maddələr içərisində ən çox - sabunlar, təmizləyici vasitələr (qab və paltar yuyucular), müxtəlif bitkilər, mexaniki və fiziki fakrtorlar(soyuq və isti temperatura, günəş içığı) və bəzi yerli istifadə olunan dərman preparatlarını(yod, spirt) və s. göstərmək olar. Bu maddələr dəri üzərindəki qoruyucu yağ təbəqəsinin yox olamsına səbəb olur ki, bu da irritant kontakt dermatitin yaranmasına səbəb olur. Bu hal ən çox evdar qadınlarda, restoranlarda və əlləri tez-tez kimyəvi maddələrlə təmasda olan insanlarda yaranır.

Kontakt dermatitin əlamətləri hansilardir?

Allergik kontakt dermatit:
·         qızartı
·         dəri səthində yerləşən sulu qabarcıqlar
·         qaşıntı
·         üzdə, gözlərdə, genital  bölgədə şişmə (ağır hallarda)

İrritant kontakt dermatit:
·         yüngül şişmə
·         dəridə sərtləşmə
·         quru və çatlayan dəri
·         dəri səthində yerləşən sulu qabarcıqlar
·         ağrılı yaralar

Kontakt dermatit olduğumu necə öyrənə bilərəm?
Dərinizdə yuxarıda göstərilən əlamətlər (qaşıntı, sulu qabarcıqlar, şişkinlik və s.) varsa mütləq dermatoloqa müraciət edin. Əgər allergik kontakt dermatit olma ehtimalı olarsa sizə patch test allergik test qoyulacaqdır. Bu testin vasitəsi ilə dərinin hansı kimyəvi maddələrə allergik reaksiyası olduğu aydın olacaqdır. İrritant kontakt dermatit üçün test mövcud deyildir. Qıcıqlandırıcı maddələrlə təması kəsdikdən sonra şikayətlər aradan qalxır.
Əgər dərinizin kimyəvi maddələrlə təmasından sonra qızartı, sulanma, şişkinlik və kəskin qaşınma   kimi şikayətlər sizi narahat edirsə mütləq dermatoloqa müraciət edin. Bu zaman allergik kontakt dermatit yaranıbsa, bunu aradan qaldırmaq üçün müalicə və allergeni tapmaq üçün xüsusi test tövsiyyə olunur.Hansı kimyəvi maddəyə qarşı allergik reaksiya yarandğını qydınlaşdırmaq üçün Patch test ve ya TRUE test (“Thin Layer Rapid Use Epicutaneous”) tətbiq olunur. Bu zaman kürək nahiyyəsinə xüsusi plastırlar yapışdırılır. Plastırlar dəridə 48 saat qaldıqdan sonra çıxarılır və 30 dəqiqə sonra ilkin qiymətləndirmə olunur. Test 48, 72, 96 saat sonra da təkrar yoxlanılır və hansı maddəyə qarşı allergik reaksiyanın yarandığı dəqiqləşdirilir. Ən çox rast gəlinən allergenlər - nikel, lanolin, neomisin, etilendiamin dihidroxlorid, peru balsamı və s. dir. İrritant kontakt dermatitə səbəb olan maddələr - su, sabun, deterjanlar, propilen glikol, fromaldehid, urea, bezi günəşqoruyucu kremlər və s. dir. İrritant kontakt dermatit üçün (dərini zədələyən kimyəvi maddələri aşkarlamaq üçün) hər hansı bir test mövcud deyildir. 

Allergik kontakt dermatitdən qorunmaq üçün aşağıdakılara diqqət etmək vacibdir:
1.Patch test (TRUE test) tətbiq olunduqdan sonra allergiyaya səbəb ola biləcək maddələri bilmək və onlarla təması azaltmaq
2.Əgər allergiyaya səbəb olan maddə ilə təmas baş veribsə mütləq həmin nahiyyəni su ilə yumaq və xüsusi kremlərdən istifadə lazımdır

 Kontakt dermatitin müalicəsində aşağıdakı dərman preparatları tövsiyyə olunur:  
1.Nəmləndirici kremlər (dəridə yaranan quruluğu azaltmaq üçün nəmləndirici krem və ya losyonlardan istifadə etmək daha vacibdir )
2.Steroid kremlər (dəridəki qızartını, qaşıntını, sulanmanı aradan qaldırmaq üçün bu tip kremlərdən müalicənin əvvəlində istifadə etmək məsləhət görülür)
​3.Antihistamin dərmanlar (qaşıntını azaltmaq üçün)

Paylaşın