Ziyillər

Ziyil  nədir və müalicəsi necədir?
Ziyillər insan dərisində və selikli qişalarında Human Papillomavirüs / HPV tərəfindən yaranan infeksion xəstəlikdir(törəmə). Ziyillərin forma və ölçüsü dəri səthində yerləşmə yerinə görə dəyişir. Adətən dəri səthindən qabarıq, üzəri nahamar, bəzən ağrılı, dəri rəngində olan törəmələr şəklində müşahidə olunurlar.

Ziyillərin hansı növləri var?
Ziyillər 4 qrupa bölünürlər:
1.Adi ziyillər / verruca vulgaris: Əllərdə, barmaqlarda və dırnaq  ətrafında görülən bu tip ziyillər çox yayılmışdır. Dəri tamlığının pozulduğu vəziyyətlərdə (dırnaq yemə,kəsilmə,sıyrılma vs.) daha  asan yoluxur. Uşaqlarda daha çox rast gəlinir.
2.Ayaqalti ziyillər / plantar warts: Tək və ya çoxlu qruplar (mosaic warts) şəklində ayaqaltında müşahidə olunur. Digər ziyillərdən fərqli olaraq dəri içində yerləşmiş vəziyyətdə olurlar və ağrı hissiyatı verə bilirlər. Üzərində qanama mərkəzlərini göstərən qırmızı/qara nöqtəciklər ola bilər. Ağrı hissiyatı, ziyilin böyüklüyünə və dərinliyinə görə dəyişir.
3.Yasti ziyillər / flat warts: Nisbətən kiçik, yumşaq və üzərləri hamar  ziyillərdir. Adətən çox sayda və yayılmış şəkildə müşahidə olunurlar.  Bədənin hər yerində rast gəlinir ancaq ən çox üz nahiyyəsində müşahidə olunur. Travma nəticəsində asanlıqla digər sahələrə yayılırlar.
4.Genital ziyillər / genital warts / condyloma: Ən çox böyüklərdə və qasıq bölgəsində rast gəlinir. Genital orqanların xarici səthində xüsusilə qadınlarda  uşaqlıq yolu, uşaqlıq boynu kimi daxili genital orqanlarda da rast gəlinir.

Ziyillər necə yoluxur?
Ziyillər bir insandan digərinə təmas vasitəsi ilə yoluxur. Adi və ayaqaltı ziyillərin yoluxma riski nisbətən aşağı, genital və yastı ziyillərin yoluxma riski isə daha yüksəkdir.

Ziyillləri necə müalicə etmək olar?
Ziyillərin müalicəsində müxtəlif üsullardan istifadə olunur. Bu zaman xəstənin yaşı, cinsi, ziyilin dəri səthində yerləşmə yeri nəzərə alınmalıdır. Əsasən ziyillərin müalicəsində lazer, kriyoterapiya, elektrokoaqulyasiya və yerli dərman(5-FU, podophyline,salicylic acid və s.) müalicələrindən istifadə olunur.

 

 

Paylaşın