Atopik dermatit (Atopik ekzema)

Atopik dermatit (Atopik ekzema)

Atopik dermatit (Atopik ekzema)

Atopik dermatit (Atopik ekzema) xroniki dəri xəstəliyi olub, ən çox uşaqlarda olmaqla yanaşı bütün yaş qrupundan olan insanlarda da rast gəlinə bilər. Bəzən bu xəstəlik atopik ekzema və ya neyrodermit də adlandırılır. Atopik dermatitli uşaqlarda və ailə üzvlərində bir çox hallarda yanaşı olaraq allergik rinit, astma da müşahidə olunur. Belə uşaqların təxminən 1/3 də gələcəkdə allergik rinit və ya astma yarana bilər.

Atopik dermatitin tam səbəbi bilinməsədə bir çox faktorların xəstəliyin yaranmasında böyük rolu olduğu düşünülür:

  • Genetik faktor – digər ailə üzvlərində yanaşı olaraq allergik rinit, astma, atopik dermatitə rast gəlmək mümkündür. 
  • Ətraf mühitin təsiri xüsusilə qeyd olunur – soyuq iqlim şəraiti atopik dermatitin daha da şiddətlənməsinə səbəb olur.
  • Orqanizmin immun sistemində yaranan dəyişiklikər.
  • Dəri səthinin həddindən artıq quruması nəticəsində onun baryer funksiyası (müdafiə) aşağı düşür. Bununla da müxtəlif mikroorqanizmlərin və kimyəvi qıcıqlandırıcı maddələrin dəri səthinə daxil olmasına şərait yaranır.
  • Atopik dermatitli uşaqların əksəriyyətində yanaşı olaraq qida allergiyalarına da rast gəlinir

Atopik dermatit zamanı dəridə hansı dəyişikliklər baş verir?

Yaş dövründən asılı olaraq atopik dermatitin əlamətləri uşaqlarda və böyüklərdə fərqli ola bilər. Böyüklərə nisbətən uşaqlarda xəstəlik daha da yayılmış vəziyyətdə olur. Belə uşaqlar ən çox qaşıntıdan, dəri quruluğundan və yuxusuzluqdan əziyyət çəkirlər. 

  • Yenidoğulmuş uşaqlarda atopik dermatit ən çox üz nahiyyəsində, xüsusi ilə yanaqlarda kəskin qızartı və quruluq şəklində olur. Bir çox hallarda ayaq büküşlərində (pampersin alt hissələrində) sulanma, qaşıntı və   qızartılar tez-tez təkrarlayır. 
  • Məktəbəqədər və məktəbli uşaqlarda atopik dermatitin əlamətələri daha yayılmış şəkildə təzahür edir. Bu zaman qollarda və ayaqlarda xüsusi ilə, dirsəklərdə, bilək nahiyyələrində, diz altında, üz nahiyyəsində (göz və qulaq ətrafında, boyun və saç dibində) kəskin qaşıntılı yaralara rast gəlmək mümkündür. Bu nahiyyələrdə dəridə qızartı, quruluq, qalınlaşma və qaşıntı izləri müşahidə olunur. Bəzən bu yaralar çox qaşınma nəticəsində infeksiyalaşır. Bir çox hallarda belə uşaqların əl və ayaqlarının dəri səthində çox güclü qaşıntılı ilə seyr edən kiçik sulu qabarcıqlar da yarana bilər. Əsasən atopik dermatit məktəb yaşlarından başlayaraq yeniyetmə dövrünə qədər azalmağa başlayır. Ancaq dəri quruluğu və dərinin müxtəlif kimyəvi (qıcıqlandırıcı) maddələrə qarşı həssaslığı bütün həyat boyu davam edir.
  • Böyüklərdə atopik dermatitin əlamətləri uşaqlara nisbətən dərinin lokal yerlərində (qol və ayaqlarda, göz ətrafında və s.) müşahidə olunur. Belə insanların dərisi  daha da quru olur. Əllərdə tez-tez kontak dermatitə rast gəlmək mümkündür. Bununda əsas səbəbi əllərin kimyəvi maddələrlə daha çox təmas etməsidir.

Atopik dermatit (Atopik ekzema) necə müalicə olunur?

Atopik dermatitdən əziyyət çəkən insanların təxminən 70% – də digər ailə üzvlərində də bu xəstəliyə rast gəlmək mümkündür. Valideynlərdən birində atopik dermatit olduqda uşaqlarda bu problemin yaranma ehtimalı 2-3 dəfə, hər iki valideyndə olduqda isə xəstəliyin yaranma ehtimalı 5-6 dəfə artır. Atopik dermatitin ilk əlamətləri uşaq yaşlarından başlayır və yetkinlik dövründə azalmağa meyilli olur. Ancaq dəri səthində quruluq və həssaslıq bütün həyat boyu davam edir. Xəstəliyin əlamətlərini azaltmaq üçün aşağıdakı müalicə metodlarından istifadə olunur:

  • Dəri səthində olan qızartıları və qaşınma hissiyatını azaltmaq üçün kortikosteroid tərkibli kremlərdən çox istifadə olunur. Ancaq bu kremlərin çox istifadə olunması dəridə bir çox yan təsirlərin yaranmasına səbəb ola bilər(atrofiya, dəri səthində rəng dəyişiklikliyi və s.).
  • Nəmləndirici kremlərin atopik dermatitin müalicəsində xüsusi yeri vardır. Bu dərinin daha da yumşalmasına və qaşıntı hissiyatının azalmasına səbəb olur. Nəmləndirici kremləri gün ərzində tez-tez, xüsusilə su proseduralarından sonra istifadə etmək məsləhətdir.
  • Yaş sarğılar (Wet dressings) – bəzi hallarda çox güclü qaşıntı və qızartıları azaltmaq üçün kortikosteroid və nəmləndirici kremlərin üzərindən yaş sarğılar tətbiq olunur. Bu sarğılar qızartını və qaşınmanı tezliklə aradan qaldırır.
  • Xəstəliyin daha da artmış və şiddətli formalarında fototerapiya və sistemik müalicə metodlarından istifadə oluna bilər.

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!