PRP- Platelet Rich Plasma.

PRP - Platelet Rich Plasma - trombositlərlə zəngin plazmanın dəriyə yeridilməsidir.
Platelet - sözünün mənası trombosit deməkdir. Normal insanın qan dövranında təxminən 300.000 - ə qədər trombosit olur. 2-4 mm diametrində olan bu hüceyrələrin yaşama müddəti 2-4 gündür. Trombositlərin əsas funksiyası qanın laxtalanmasını, yara yerlərinin sağalmasını təmin etməkdir. Qan damarlarında dövr edən trombositlər qeyri-aktiv vəziyyətdə olurlar. Orqanizmdə hər hansı bir toxuma və ya hüceyrədə zədələnmə baş verdikdə trombositlər zədələnmiş nahiyyəyə toplanırlar və bu zaman böyümə faktorları olan maddələr sintez etməyə başlayırlar. Bu isə zədələnmiş toxumanın daha tez bərpa olunmasına səbəb olur.

PRP - Platelet Rich Plasma hansı hallarda istifadə olunur?
Saç tökülmələri
Ləkələrin müalicəsi
Anti aging məqsədi ilə - dəridəki yaşlanma əlamətlərini aradan qaldırmaq üçün
Laser, peeling, dermaroller və digər proseduralardan sonra dərinin daha sürətli bərpa olunmasını təmin etmək üçün tətbiq olunur


PRP - Platelet Rich Plasma necə tətbiq olunur?
Pasientin venasından alınan qan xüsusi kiçik borulara yığıldıqdan sonra sentrifuqadan keçirilir. Bu prosesdən sonra kiçik borulardakı qan müxtəlif hissələrə ayrılır. Bu zaman qırmızı qan hüceyrələri ən alt hissədə, plasma isə ən yuxarı hissədə toplanır. Beləliklə, 1 millilitrdə təxminən 1 milyona qədər trombositlə zəngin olan zərdab kiçik iynələrin vasitəsi ilə dəri altına yeridilir.

PRP - Platelet Rich Plasma nə qədər vaxtdan bir vurula bilər?
Dəridə olan yaşlanma əlamətlərini aradan qaldırmaq üçün 2-4 həftə fasilə ilə 3 seans, saç tökülmələrində 1 ay fasilə ilə 3 seans olunması məsləhət görülür.

PRP - Platelet Rich Plasma -nin yan təsirləri nələrdir?
Proseduradan sonra dəridə qızartılar və az miqdarda şişkinlik (ödem) yaranır. Ancaq bu əlamətlər 2-3 gün ərzində tamamilə keçir.

PRP - Platelet Rich Plasma - ni kimlərə etmək olmaz?
Hamiləlik və laktasiya dövründə
Autoimmun xəstəlikləri olanlar
Laxatalanmaya qarşı dərman preparatları qəbul edənlər
Trombositopeniyası olanlar
Kəskin və xroniki infeksion xəstəlikləri olanlar

 

Paylaşın