Vitiligo nədir?

Ala xəstəliyi (Vitilqo)

Ala xəstəliyi (Vitilqo)

Ala xəstəliyi (Vitilqo) nədir?

Ala xəstəliyi (Vitilqo) – dəri və selikli qişalarda ağ rəngli (depiqmentləşmiş), oval və ya dairəvi formalı ləkələrlə müşahidə olunan bir dəri xəstəliyidir. Bir çox hallarda bu tip ağ ləkələr böyüyərək birləşir və bununlada bütün bədən səthini əhatə edir. Dəri və selikli qişalarla yanaşı saçlarda da ağarma müşahidə oluna bilər. Bu cür ağ ləkələrə ən çox üz, qollarda, ayaqlarda və genital bölgələrdə rast gəlinir.

Ala xəstəliyi (Vitilqo) yolxucu deyil və bir insandan digərinə keçə bilməz.

Ala xəstəliyi (Vitilqo) autoimmun xəstəliklər qrupuna aiddir ki, bu zaman orqanizmin immun sistemi dəridə yerləşən melanositlərə qarşı (piqment ifraz edən hüceyrələr) reaksiya formalaşdırır. Bu da piqment ifraz edən hüceyrələrin (melanositlərin) zədələnməsinə səbəb olur. Bunun nəticəsi kimi melanin piqmentinin sintezi pozulur və dəridə ağ ləkələr yaranmağa başlayır. 

Ala xəstəliyinin (Vitilqonun) insan orqanizmi üçün həyati təhlükəsi yoxdur. Buna baxmayaraq cəmiyyətdə insanlar arasında ciddi sosial problemlərə yol aça bilər. Ona görədə bu problemdən əziyyət çəkən insanlarda ruh duşgünlüyü, depressiya, cəmiyyətdən və sosial-elmi fəaliyyətədən kənarda qalmalarını tez-tez müşahidə etmək mümkündür

Ala xəstəliyi (Vitilqo) kimlərə təsir edir?

Ala xəstəliyi (Vitilqo) dünya əhalisinin 0,5-1% –nə təsir edir. Bütün irqdən olan insanarda bu xəstəliyə rast gəlmək mümkündür. Ala xəstəliyi (Vitilqo) olan insanlarda xəstəlik 50% hallarda 20 yaşdan əvvəl, 80% hallarda isə 30 yaşdan əvvəl yaranmağa başlayır. Bu xəstəlikdən əziyyət çəkən insanların 20% – də digər ailə üzvlərində də vitiligoya rast gəlmək mümkündür.

Ala xəstəliyi (Vitilqo) bir çox hallarda digər autoimmun xəstəliklərlə birlikdə müşahidə olunur. Aparılmış son tədqiqatlara əsasən vitiliqo xəstələrinin 19,8% – də yanaşı olaraq bir, 2,8% – də isə bir və daha çox digər autoimmun xəstəliklərə rast gəlmək mümkündür:

Ən çox rast gəlinən digər xəstəliklər aşağıdakılardır:

  • Qalxanabənzər vəzin xəstəlikləri (thyroid disease)
  • Ocaqlı dazlıq (alopecia areata)
  • Şəkərli diabet (diabetes)
  • B12 vitamin çatışmazlığı (pernicious anaemia – b12 deficiency)
  • Revmatoid artrit (rheumatoid arthritis) 
  • Psoriaz (psoriasis)
  • Qırmızı qurdeşənəyi (systemic lupus erythematosus) və s.

Ala xəstəliyi (Vitilqo) simptomları

Ala xəstəliyi (Vitilqo) simptomları – ağ ləkələr bədənin istənilən sahəsində, xüsusilə üz (göz qapaqları, dodaqlar) boyun, bədəndə (sinə, qoltuqaltı, qasıq bölgəsi), əl və ayaqlarda daha çox təsadüf olunur. Bu zaman dəri səthində kənarları normal dəri rəngində olan kəskin ağ ləkələr yaranır. Ləkələrin diametri bir neçə santimetrdən başlayaraq dəyişə bilər. Getdikcə bu ləkələr böyüyərək digərləri ilə birləşir və bütün bədən səthinin çox hissəsini əhatə edirlər. Belə xəstələri qaranlıq otaqda wood işığı (dəri xəstələrinin müayinəsində istifadə olunan xüsusi cihaz) ilə müayinə etdikdə ağ ləkələr daha da aydın görsənirlər.

Ala xəstəliyinin (Vitilqonun) əsas xarakterik xüsusiyyətlərindən biri travmadan sonra (günəş yanığı, kəsik, termal yanıq və s.) dəri səthində yeni ağ ləkələrin yaranmasıdır. Ona görədə belə insanların dərisini travmadan qorumaq vacib məsələlərdən biridir.

Bəzən stressdən sonra bədən səthində yeni ağ ləkələr yarana bilər. Bəzi hallarda dəridə olan xalların kənarı ağarmaya başlayır və bundan sonra digər sahələrdə də ağarmalar müşahidə olunur. Adətən vitiliqo problemi olan insanlarda saçlarda, qaşlarda, kipriklərdə də ağarma olur. Bu poliosis (poliosis) və ya leykotrixiya (leukotrichia) adlanır. Vitiliqodan əziyyət çəkən fərdlərdə tüklər ağardıqdan sonra onların rəngində yenidən tündləşmə demək olar ki, müşahidə olunmur.

Ala xəstəliyi (Vitilqo) səbəbləri

Dərinizdə piqment çatışmazlığı (melanin) ala xəstəliyinə (vitiliqoya) səbəb olur. Bunun baş verməsinin səbəbi məlum deyil.

Araşdırmalar göstərir ki, Ala xəstəliyi (Vitilqo) aşağıdakıların nəticəsi ola bilər:

  • Autoimmun vəziyyət: İmmunitet sisteminin sağlam hüceyrələri (melanositləri) bədəninizə zərər verə bilən bakteriyalar kimi yad işğalçılar kimi səhv salır. Bu, immunitet sisteminizin həddindən artıq reaksiya göstərməsinə və melanositlərinizi məhv etmək üçün antikorların inkişafına səbəb olur.
  • Genetika: Genetik mutasiya və ya DNT -dəki dəyişiklik melanositlərin necə fəaliyyət göstərməsinə təsir göstərə bilər. Vitiliqonun inkişaf riskini artıra bilən 30 -dan çox gen var.
  • Stress: Xüsusən də travmadan sonra tez-tez emosional stress və ya fiziki stress keçirsəniz, melanosit hüceyrələrinizin istehsal etdiyi piqmentin miqdarı dəyişə bilər.
  • Ekoloji faktorlar: Ultrabənövşəyi şüalanma və zəhərli kimyəvi təsir kimi amillər melanosit hüceyrələrinizin fəaliyyətinə təsir göstərə bilər.

Ala xəstəliyi (Vitilqo) diaqnozu

Ala xəstəliyi (Vitilqo) diaqnozu dermatoloq tərəfindən vizual müayinə əsasında qoyulur. Dəri xəstəlikləri üzrə ixtisaslaşmış həkim – dermatoloq pasiyentin dərisinə baxmaq üçün Wood lampasından istifadə edir. Bu lampa vasitəsilə deri hekimi vitiliqonu digər dəri xəstəliklərindən ayırmaq üçün ultrabənövşəyi (UV) işıqdan istifadə edir. Bundan əlavə, dermatoloq həkim pasiyentin tibbi tarixçəsi və ailəsinin tibbi tarixçəsi ilə bağlı suallar verə bilər.

Ala xəstəliyi (Vitilqo) müalicəsi

Ala xəstəliyi (Vitilqo) müalicəsi zamanı əsas məqsəd dəridə yeni ağ ləkələrin yaranmasının qarşısını almaq və ağarmış nahiyyələrin yenidən tündləşməsini təmin etməkdir. Ala xəstəliyi (Vitilqo)  lokalizasiyasından, yaranma müddətindən, o cümlədən xəstənin yaşından, cinsindən və dəri tipindən asılı olaraq müxtəlif müalicə metodlarından istifadə olunur. Əsasən üz, bədən və boyun nahiyyəsində olan ağ ləkələr daha asanlıqla müalicə nəticəsində qaralır (tündləşir). Əl və ayaqlarda, dodaqlarda olan vitiliqo ləkələrinin müalicəsi isə daha çətin olur. Yeni yaranmış ağ ləkələr uzun müddət mövcud olan ləkələrlə müaqayisədə müalicəyə daha yaxşı tabe olurlar.

Ala xəstəliyi (Vitilqo) müalicəsi zamanı bir neçə metodlardan istifadə olunur:

  • Kortikosteroid tərkibli kremlər (bu tip kremlər vitiliqonun lokal formalarında istifadə olunur)
  • Fototerapiya (lokal və yayılmış formalı vitiliqoda isitfadə olunur)
  • Cərrahi üsul 

Bədən səthinin 50-70% – dən çox hissəsini vitiliqo əhatə etdikdə və aparılan müalicənin effekti olmadığı hallarda depiqmentasiya müalicə metodu tətbiq oluna bilər. Bu zaman normal rəngdə olan dəri sahələrini ağartmaq üçün xüsusi kremlərdən istifadə olunur.

Ala xəstəliyindən (Vitilqodan) əziyyət çəkən insanlar mütləq bədən səthinin açıq sahələrini paltar, eynək və günəşqoruyucu kremlərin vasitəsi ilə günəş şüalarının zərərli təsirlərindən qorumalıdırlar. Çünki günəşin təsiri ilə ala xəstəliyi (vitilqo) daha da arta bilər.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!