Botoks nədir?

Botox (BOTOKS)

Botox (BOTOKS)

Botoks nədir?

Botoks prosedurasında, Clostridium botulinum bakteriyalarından əldə edilən botilinum toksin adlı maddə istifadə olunur. Bu toksin laboratoriya şəraitində istehsal edilir. Botilinum toksininin yeddi cür (A-G) tipi vardır. Bunlardan botulinum toksin A tipi estetik məqsədlə istifadə olunur. İlk dəfə Botoks 1981-ci ildə kosmetik məqsəd üçün istifadə edilmişdir.

Botoks əzələləri iflic edir?

Botoks, sadəcə tətbiq olunan bölgədəki əzələlərin daha az işləməsini təmin edərək təsir edir. Vurulduğu  bölgədən kənarda yerləşən əzələlərə təsir etmir.

Botoksun təsir mexanizmi necədir?

Botoks sinir-əzələ keçiricilik sistemində zülallara bağlanaraq asetilxolin maddəsinin sintez olunmasının qarşısını alır. Beləliklə, əzələlərdə müvəqqəti olaraq hərəkətsizlik yaranır. Bu təsir təxminən 4-8 ay davam edir.

Botoks necə edilir?

Botoks flakonlarda toz halında olur. Müəyyən miqdarda fizioloji məhlul ilə durulaşdırıldıqdan sonra əzələdaxilinə vurulur və bir müddətdən sonra qırış nahiyyəsində yerləşən əzələlərdə açılma müşahidə olunur. Beləliklə, dəridəki qırışlar əzələlərin sakitləşməsi ilə aradan qalxır. Botoks prosedurası təxminən 10-20 dəqiqə davam edir. Təxminən 2 həftəyə qırışlarda tam açılma müşahidə olunur və bu ortalama 4-8 ay davam edir. Hər dəfə təkrar vurulan Botokslar bu müddəti daha da artırır.

Botoks hansı nahiyyələrə vurulur?

  • Göz ətrafı mimik qırışlar (crows feet)
  • Alın və qaş arası qırışlar (frown lines, horizontal forehead lines)
  • Qaşların qaldırılması (eyebrow lift)
  • Burun kənarindakı qırışlar (bunny lines)
  • Dodaq ətrafı qırışlar (lip lines, smoking lines)
  • Dodaq kənarından çənəyə doğru enən qırışlar (marionette lines)
  • Boyun bölgəsindəki qırışlar (neck bands)
  • Qoltuq altı, ovuc içi və ayaqaltı tərləmələri (axillary, palmar, plantar hyperhidrosis)

Botoksu hansı yaşda etmək daha doğrudur?

25 yaş ilə 65 yaş arası olan insanlara edilən botoksun nəticəsi daha mükəmməl və daha davamlı olur. 65 yaşdan yuxarı olan insanlarda dərinin elastikliyi azaldığına görə botoks istənilən nəticəni vermir. Bu zaman digər estetik prosedura və əməliyyatların olunması məqsədəuyğundur.

Botoks etdirmədən öncə nələrə diqqət etməliyəm?

Botoksa gəlmədən 2 həftə oncə aspirin, ağrı kəsicilər,C vitamini, ginkgo, sarımsaq və ya jenşen kimi dərman preparatları və qida əlavələrinin qəbulu dayandırılmalıdır. Bu isə proseduradan sonra dəridə göyərmələrin yaranmasını minimuma endirər.

Botoks  vurulduqdan sonra nələrə diqqət etməliyəm?

Botoks vurulduqdan sonra ilk 4 saat ərzində uzanmamağa çalışmaq lazımdır. O cümlədən üz nahiyyəsinə hər hansı bir massaj və makiyaj olunması qadağandır. Çünki bu zaman botoks digər əzələlərə yayılaraq arzuolunmayan nəticələrə səbəb ola bilər. Proseduradan 4 saat sonra normal həyat və iş rejiminə qayıtmaq mümkündür.

Botoks yan təsirləri nələrdir?

Botoks çox az yan təsiri olan bir kosmetoloji proseduradır. Adətən  botoks iynələrinin yerində çox az miqdarda  qızartı və şiş olur ki, bu da təxminən 1 saat ərzində tamamilə keçir. Bəzən edilən nahiyyə bir neçə gün davam edən müvəqqəti qançırlar ola. Çox nadir hallarda dəridə az miqdarda qançırlar(göyərmələr) qala bilər ki, soyuq kompresslərin və xüsusi kremlərin köməyi ilə tez aparmaq mümkündür.

Botoksu kimlərə etmək olmaz?

Botoks hamilələrə, süd verən analara, myastenia gravis kimi əzələ xəstəliyi olan insanlara etmək olmaz. Bundan başqa, hər kəsə tətbiq oluna bilər.

Botoks

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!