Salam Vüsal bəy. Bəli, müraciət edə bilərsiz. Alopecia areata xəstəliyinin təssüflər olsun ki, dünyanın heç bir yerində tam səbəbi tapılmamışdır. Tam səbəb bilinmədiyinə görə tətbiq olunan müalicələr heç də həmişə uğurlu olmaya bilər. Bu hallarda xəstəliyin yayılma dərəcəsi (yəni bütün saçlı dəri, üz və bədən nahiyyələrində tük tökülməsinin müşahidə olunması), dırnaqlarda dəyişikliklərin yaranması, yetkinlik yaşından öncə xəstəliyin meydana çıxması, ailədə alopecia areata və ya digər autoimmun xəstəliklərin olması kimi faktorlar xəstəliyin proqnozuna ciddi təsir göstərirlər. Ancaq buna baxmayaraq yenə də müəyyən qrup xəstələrdə tüklərin geri çıxmasını bərpa etmək olur.