Dermatoloq Dr. Rəşad İsayev

Dr. Rəşad İsayev - European Academy of Dermatology and Venereolgy, International Dermoscopy Society, American Academy of Dermatology - nin həqiqi üzvü olub, hal-hazırda Salutem Dermatoloji Klinikasında Həkim dermatokosmetoloq kimi fəaliyyət göstərir.



Dermatologiya

Ən böyük orqanımızın dəri olduğunu bilirdinizmi? Bəli, doğru oxudunuz. Dəri özünəməxsus quruluş və funksiyalara malik bir orqandır. O, ən əsası orqanizmi xarici təsirlərdən qorumaq və istiliyi balansda saxlamağı təmin edir.



Kosmetologiya

Dəri sağlamlığının qorunması və onun gözəlləşməsi üçün tətbiq etdiyimiz bütün qeyri-cərrahi prosedurlar kosmetik dermatologiya sahəsinə aiddir. Buraya demək olar ki, hər kəsə məlum botoks, dolğu, mezoterapiya, kimyəvi pilinq və s. daxildir.

Dermatoloq Rəşad İsayev Kimdir?
Dermatoloq həkim Rəşad İsayev pasient ilə
Haqqımda

Dermatoloq Dr. Rəşad İsayev kimdir?

DR. Rəşad İsayev, PHD | Dermatologiya və Kosmetologiya

Dr. Rəşad İsayev - European Academy of Dermatology and Venereolgy, International Dermoscopy Society, American Academy of Dermatology - nin həqiqi üzvü olub, hal-hazırda Salutem Dermatoloji Klinikasında Həkim dermatokosmetoloq kimi fəaliyyət göstərir.

  • 13 illik iş təcrübəsi.
  • 200 000'ə yaxın xəstələrin müayinə və müalicəsi.
  • Bütün növ dermatoloji və kosmetoloji xidmətlər.
Dermatologiya haqqında bilmədikləriniz

Dermatologiya nədir?

Ən böyük orqanımızın dəri olduğunu bilirdinizmi? Bəli, doğru oxudunuz. Dəri özünəməxsus quruluş və funksiyalara malik bir orqandır. O, ən əsası orqanizmi xarici təsirlərdən qorumaq və istiliyi balansda saxlamağı təmin edir. Dəri və onun törəmələrinin (tük, dırnaq, tər vəziləri) xəstəlikləri və müalicəsini dermatologiya elmi öyrənir. Buraya ağız boşluğu selikli qişası xəstəlikləri və cinsi yolla keçən infeksiyalar da daxildir. Həmçinin dərinin sağlam və gözəl görünməsini təmin etmək də məhz dermatologiyaya aiddir. Dermatologiya sahəsində ixtisaslaşmış həkim isə dermatoloq adlanır. Dermatoloqlar saçınız, dəriniz və dırnaqlarınızla yanaşı, onlar selikli qişalara (burnunuzu, ağzınızı və göz qapaqlarınızı əhatə edən zərif toxuma) təsir edən xəstəliklərin də diaqnostika və müalicəsi ilə məşğul olurlar.
Dermatologiya haqqında bilmədikləriniz
Kosmetik Dermatologiya

Kosmetologiya

Dəri sağlamlığının qorunması və onun gözəlləşməsi üçün tətbiq etdiyimiz bütün qeyri-cərrahi prosedurlar kosmetik dermatologiya sahəsinə aiddir. Buraya demək olar ki, hər kəsə məlum botoks, dolğu, mezoterapiya, kimyəvi pilinq və s. daxildir.
Kosmetologiya
Lazer prosedurları və lazer texnologiyaları

Lazer prosedurları

Təsirli, təhlükəsiz və rahat olduğu üçün dəri xəstəliklərinin müalicəsi və kosmetik prosedurlarda tez-tez lazer texnologiyalarından istifadə edirik. Müalicəyədavamlı dırnaq göbələkləri, günəşin zədələməsi nəticəsində yaranan dəri ləkələri və şişləri, kapilyar, sızanaq və sızanaq çapıqları, qırışların müalicəsi və s. buraya daxildir.
Lazer prosedurları
Trixologiya

Trixologiya hansı xəstəlikləri əhatə edir?

Trixologiya dermatologiyanın saç və baş dərisi xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan sahəsidir.

Bu siyahı çox genişdir. Saç və baş dərisi xəstəlikləri ümumiyyətlə nəzərəçarpan xarici dəyişikliklər şəklində özünü göstərir:

  • keçəllik (alopesiya) – tam, qismən və ya ocaqlı;
  • erkən ağarma;
  • yağlı seboreya – getdikcə artan yağlılıq;
  • quru seboreya – zəif, kövrək, quru və cansız saçlar;
  • kəpək, zəif saç, zəif uzanma;
  • yoluxucu xəstəliklər və parazitlər – liken, bit, dərialtı gənə.
  • Trixologiya
    Dermatoonkologiya və Dermatocərrahiyyə

    Dermato-onkologiya nədir?

    Bu, dermatologiyanın dəri xərçənginin klinik diaqnostikası və müalicəsini öyrənən sahəsidir.

    Dəri Xərçəngi

    Dəri xərçəngi dəri toxumasındakı normadankənar dəyişiklikdir və çox vaxt günəşə məruzqalma ilə əlaqələndiririk. Ən çox yayılmış dəri xərçəngi növləri bazal hüceyrəli karsinoma (BCC), skvamoz hüceyrəli karsinoma (SCC) və melanomadır. Bir də skvamoz hüceyrəli karsinomaya (SCC) çevrilə bilən xərçəngdən əvvəlki vəziyyət vardır. Bunu aktin mənşəli keratoz (AK) adlandırırıq. Hər bir dəri xərçəngi və xərçəngönü vəziyyət unikaldır, bir-birindən fərqlənir. Növlər arasında fərq qoymaq vacibdir, çünki bu, sonrakı addımlara təsir edəcəkdir. Gəlin, qısaca nəzər salaq.

    Dermatoonkologiya və Dermatocərrahiyyə
    Pediatrik dermatologiya nədir?

    Pediatrik dermatologiya

    Dermatologiyanın bu sahəsi adından da göründüyü kimi pediatrik populyasiyanın dəri və onun törəmələrinin (saç, dırnaq, tər vəziləri) xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olur. Pediatrik dermatoloji problemlərin böyüklərinkindən əsas fərqi:

  • Yenidoğulmuşların bir çox dəri dəyişikliklərini normal (fizioloji) qəbul edirik və zamanla keçib gedir.
  • Bir sıra infeksion pediatrik dəri xəstəlikləri immun sistemin köməyi ilə sağalma xüsusiyyətinə malikdir.
  • Toxumaların qanla təchizatı və yaraların sağalması böyük orqanizminə nisbətən daha sürətli gedir.
  • Uşaqlarda bədxassəli dəri xəstəliklərinə daha nadir hallarda rast gəlirik.
  • Pediatrik dermatologiya
    Əvvəl Sonra

    Məqalələr

    Dermatoloq Dr. Rəşad İsayev iş ünvanı

    Dermatoloq həkim kimdir?

    Dermatoloq — dəri xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir. Dermatoloq dəri, dəri törəmələri və selikli qişalarda gedən xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur.

    Dermatoloq həkim nə edir?

    Dermatoloq həkim ilk olaraq pasiyentdən ətraflı anamnezi (xəstəlik tarixi) toplayır. Toplanan anamnezdən yola çıxaraq xəstəyə kliniki müayinə edilirək ilkin diaqnoz qoyulur. Dermatoloq ehtiyac olarsa, diaqnozu dəqiqləşdirmək üçün xəstədən bir sıra testlər ( qan testləri, allergiya testləri, dəri biopsiyası və s. ) tələb edə bilər.

    Dermatoloq həkim hansı xəstəlikləri müayinə və müalicə edir?

    Dermatoloq həkim hansı xəstəlikləri müayinə və müalicə edir?

    Necə Dermatoloq həkim olunur?

    6 illik tibb fakültəsi təhsilindən sonra, 4 illik ixtisas artırma təhsilini başa vuran həkimlər dermatoloq olurlar.

    Dermatoloq həkimə nə vaxt müraciət edilir ?

    • Dəridə, saçda, dırnaqda və ağızda yaralar, çapıqlar və ya narahatedici görünüşlər olduqda
    • Genital bölgədə və ya qasıqda yara, qızartı və şişkinlik olduqda
    • Saç tökülməsi və ya seyrəlməsi halında
    • Behçet xəstəliyinin və bəzi sistemik xəstəliklərin dəri üzərində əlamətləri olduqda
    • Üz gərmə, botoks və dolğu kimi bir çox kosmetik prosedurlara ehtiyac olduqda
    error: Məlumatların kopyalanması qadağandır!